Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə uşaq musiqi məktəbi üçün yeni bina tikiləcəkdir

17 mart 2013 | 16:00

Şəki şəhərindəki qəzalı vəziyyətə düşmüş 2 nömrəli uşaq musiqi məktəbi üçün yeni bina tikiləcəkdir.
Məktəb indiyədək ötən əsrin əvvəllərində inşa edilmiş uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Uzun illər istifadədə olduğundan 2013-cü ilin yanvarında binanın divarlarında iri çatlar əmələ gəlmiş, bina tamamilə yararsız vəziyyətə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən bina qəzalı hesab edilmiş və məktəbdə tədris prosesi dayandırılmışdır. Hazırda məktəb müvəqqəti olaraq yaxınlıqda olan digər müəssisələrə məxsus binalarda fəaliyyətini davam etdirir.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən məktəb üçün yeni binanın tikintisi qərara alınmışdır. Hazırda tikiləcək binanın layihələndirmə işləri aparılır.

Keçidlər