Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilmişdir

05 mart 2017 | 04:03

Martın 3-də Şəki şəhərində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
    Şəki şəhərinində yerləşən “İdeal” restoranında keçirilən tədbirdə ictimaiyyətin  nümayəndələri, idmançılar və onların məşqçiləri iştirak edib.
    Tədbirdə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışılıb, 2016-cı ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edilib.
     Çıxış edən Şəki şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan idarə rəisi bu istiqamətdə tədbirlərin indi də davam etdirildiyini, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda Azərbaycanda 41 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Olimpiya oyunlarında qazanılan medallarının sayının artması ölkəmizdə idmana olan diqqət və qayğının məntiqi nəticəsidir. Eyni zamanda, ölkəmiz artıq uzun illərdir ki, iri beynəlxalq yarışlara da ev sahibliyi edir, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir.
      Tədbirdə bədən tərbiyəsi və idman sahəsində fərqlənən məşqçi və idmançılara mükafatlar təqdim olunub.
     Tədbir konsert proqramı ilə başa çatıb.

Keçidlər