Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Beynəlxalq Qadınlar Günü qeyd olunub

09 mart 2017 | 04:03

Zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Ümummilli  liderimiz  Heydər Əliyev   qadınların  cəmiyyətdə   rolunu və  fəaliyyətinə  yüksək  qiymət verərək  demişdir : "Qadın bəşərə  yaraşıq,  zinət, insanlığa  şərəfdir.  Qadın  ucalıq,   qeyrət,  qüdrət  rəmzidir”.
Bu fikirlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində səsləndirilib. Sabit Rəhman adına Dövlət Dram Teatrında keçirilən tədbirdə rayonun ayrı-ayrı əmək kollektivlərində çalışan fəal qadınlar iştirak ediblər.
Tədbirdə vurğulanıb ki,  müasir  dövrdə qadınlarımız   müstəqil  Azərbaycanın  ictimai-siyasi həyatında aparıcı  qüvvədir.  İndi Azərbaycan  qadını  cəmiyyətdə  dövlət  idarəçiliyində,  təhsil, elm, səhiyyə  sahələrində  fəal  iştirak  edir, yüksək  vəzifələrdə  çalışır,  millət  vəkili  kimi fəaliyyyət göstərir.  Azərbaycan qadınları  zəngin biliyi, vətənpərvərliyi,  sədaqəti və mərdliyi ilə seçilir. Dövlətimiz tərəfindən qadınlarımıza göstərilən yüksək diqqət və qayğı, uğurla həyata keçirilən gender siyasəti onların cəmiyyətdə mövqeyini daha da möhkəmlətmək üçün geniş meydan açmışdır. Üzərinə düşən böyük vəzifələri şərəflə yerinə yetirən Azərbaycan qadınları həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayır. Fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan  fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl nümunədir.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.

Keçidlər