Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı məktəblisi: Arzum budur ki, tezliklə doğma Qarabağımızın dilbər guşələrinə ekskursiyaya gedək

18 mart 2017 | 08:03

Belə layihələr ölkəmizi yaxından tanımaq, tarixini öyrənmək, təbiəti, gəzməli-görməli yerləri ilə tanış olmaq üçün çox yaxşı fürsətdir.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Xocalı rayonu Natiq Şahmuradov adına tam orta məktəbin 11-ci sinif şagirdi Etibar Əhmədov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Layihənin məktəblilər üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Xocalı məktəblisi deyib: “Tur-aksiyada iştirak edən məktəblilərin bir çoxu bəlkə də indiyədək yaşadıqları rayonlardan kənara çıxmayıb. Məhz bu aksiya sayəsində şagirdlər Azərbaycanın müxtəlif bölgələrinə səyahət edir, oradakı məşhur tarixi abidələrə baş çəkir, gündən-günə inkişaf edən, gözəlləşən regionların iqtisadiyyatı, mədəniyyəti ilə yaxından tanış olurlar. Arzum budur ki, işğal altında olan torpaqlarımız da mənfur düşməndən tezliklə azad edilsin və biz doğma Qarabağımızın dilbər guşələrinə ekskursiyalara gedək”.

Keçidlər