Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Birinci Alman Dili Müəllimlər Sessiyası keçiriləcək

20 mart 2017 | 04:03

Almaniyanın Bakıdakı səfirliyinin və Tbilisi Höte İnstitutunun birgə təşkilatçılığı ilə martın 28-29-da Şəkidə Birinci Alman Dili Müəllimlər Sessiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində Höte İnstitutunun, Almaniyanın respublikamızda fəaliyyət göstərən təhsil təşkilatlarının təqdimatı keçiriləcək, habelə metodik seminarlar təşkil ediləcək. Bütün iştirakçılara sertifikatlar veriləcək.

Keçidlər