Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Kids Athletics” uşaq atletikası üzrə treninq-seminar keçirilib

18 mart 2013 | 16:00

Şəki Olimpiya İdman kompleksində “Kids Athletics” uşaq atletikası üzrə treninq-seminar keçirilib. Atletika Federasiyası ilə Şəki Şəhər Gənclər və İdman idarəsinin dəstəyi ilə keçirilən tədbirdə orta məktəblərdən bədən tərbiyəsi müəllimləri və idman mütəxəssisləri iştirak ediblər.
    Əvvəlcə Atletika Federasiyasının nümayəndələri bədən tərbiyəsi müəllimləri üçün seminar təşkil ediblər. Seminarda atletikanın növləri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, bu növlərin məktəblərdə tədris və tətbiq olunması üçün sadələşdirilmiş yolları müəllimlərə təqdim olunub. Bu layihə 2012-ci ilin oktyabr ayından Azərbaycanda tətbiq olunur. Şəkidə təşkil olunan seminar isə Atletika Federasiyaının sayca 4-cü seminarıdır. Buna qədər isə Bakıda və Astarada bu cür nəzəri seminarlar təşkil olunub. Burada məqsəd isə uşaq atletikasını peşəkar atletikadan ayırmaq və uşaqlar arasında bu idman növünə olan həvəsi artırmaqdır.
    Seminarın nəzəri hissəsi başa çatdıqdan sonra federasiya nümayəndələri praktik hissəyə start veriblər. Burada atletikanın bəzi növləri sadə üsullarla uşaqlar üzərində tətbiq olunub. Bunlar isə əsasən ipatdı, çarpazvari tullanma, formula 1, müxtəlif qaçış növləri, maneələri dəf etmə, estafet, yerində tullanma, tibb topunun atılması və s. növlərdir. Bu növlər üzrə uşaqlar mübarizə aparıblar. Sonra isə yarışda iştirak edən uşaqlar diplomlarla, bədən tərbiyəsi müəllimləri və idman mütəxəssisləri isə Azərbaycan Atletika Federasiyasının sertifikatları ilə təltif olunublar.

Keçidlər