Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli məktəblisi: Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi var

25 mart 2017 | 03:03

Biz, İmişli məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu layihədə iştirak etməkdən qürur duyuruq. Ekskursiyaya qədim Şəkidən başladıq. Mən bu şəhərdə heç vaxt olmamışam. Qədim tarixə malik olan bu diyar haqqında kitablar vasitəsilə müəyyən məlumat əldə etmişəm. Ancaq indi öz gözlərimlə gördüm. Hər kəsə bura gəlməyi və bu gözəl diyarı görməyi məsləhət görərdim. Həqiqətən də Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi var.
Bu sözləri tur-aksiyanın iştirakçısı, İmişli şəhər 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə Şirinli Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
İmişlili gənc bu layihənin məktəblilər üçün çox dəyərli hədiyyə olduğunu vurğulayaraq məktəblilər adından tur-aksiyanın təşkilatçılarına dərin minnətdarlığını bildirib.

Keçidlər