Şriftin ölçüsü :

Saytın rəngi :

Altı rayonun məktəblilərinin Şəki şəhərinə ekskursiyası başa çatıb

28 mart 2017 | 03:03

Ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
Layihə çərçivəsində martın 23-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyalara başlayan 6 rayonun – Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, İmişli, Füzuli, rayonlarının 270 nəfər məktəblisi və onları müşayiət edən şəxslər martın 26-da ekskursiyalarını başa vuraraq Şəki şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində yerləşən məktəblilər ekskursiya müddətində Şəki, Qəbələ və Zaqatala şəhərlərindəki görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
Qəbələdəki “Tufandağ” qış-yay turizm istirahət kompleksinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsinə ekskursiyalar, sıx meşəlik və dağlıq ərazidə yerləşən Nohur gölünün ətrafında gəzinti, “Beltmann” piano fabriki, Nic qəsəbəsindəki “Cotari” alban-udin kilsəsi, Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi, Dairəvi Məbəd, muzeylər, Zaqatala şəhərindəki Tarix-Mədəniyyət Qoruğu, “Qaladüzü pilləkənləri”, “Dədə Qorqud” meydanı, muzeylər, həmçinin fındıq emalı müəssisəsi ilə tanışlıq tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub.
Məktəblilər Şəkidən zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər