Şriftin ölçüsü :

Saytın rəngi :

Frankofoniya həftələri çərçivəsində Şəkidə konsert proqramı təqdim olunub

13 aprel 2017 | 03:04

Azərbaycanda uğurla davam edən Frankofoniya həftələri çərçivəsində aprelin 12-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında tamaşaçılara konsert proqramı təqdim olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Azərbaycan və fransız dillərində mahnı və şeirlər səsləndirib, rəqslər ifa ediblər.
Xatırladaq ki, 1970-ci ildə əsası qoyulan Beynəlxalq Frankofoniya Təşkilatı fransız dilini və ümumi dəyərləri bölüşən 84 ölkəni üzv və müşahidəçi qismində özündə birləşdirir. Frankofoniya həftələri çərçivəsində keçirilən tədbirlər Fransa mədəniyyətinin təbliği, tanıdılması və fransız dilinin öyrədilməsi məqsədi daşıyır.
Azərbaycanda Frankofoniya həftələri aprelin 22-dək davam edəcək.

Keçidlər