Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində “İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfrans keçirilib

15 aprel 2017 | 04:04

Xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək, günümüzədək qoruyub saxlayıb. Bu gün dünyada baş verən qanlı qarşıdurmaların fonunda biz milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin nə qədər önəm daşıdığının şahidi oluruq. Bu baxımdan, milli-mənəvi dəyərlərimizin bir elementi olan İslam həmrəyliyi böyük əhəmiyyətə malikdir.
Bu fikirlər “İslam Həmrəyliyi İli” çərçivəsində Şəkidə keçirilən “İslam həmrəyliyi milli dəyərlərimizin elementi kimi” mövzusunda konfransda səsləndirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, din xadimləri və gənclər iştirak ediblər.
Konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayevin, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədovun, şəhər icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sadiq Yusifovun, Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərovun məruzələri dinlənilib.
Sonda fikir mübadiləsi aparılıb.

Keçidlər