Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında qanun pozuntusu qeydə alınmayıb

01 may 2017 | 03:05

Dövlət İmtahan Mərkəzinin aprelin 30-da Şəki şəhərində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
İmtahanların keçirilməsi üçün Şəki şəhərində 4 imtahan mərkəzi ayrılıb.
Şəki şəhərində imtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanlarda ümumilikdə, 2064 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 164 nəzarətçi-müəllim cəlb olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

Keçidlər