Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin VII konfransı keçirilib

04 may 2017 | 09:05

Mayın 3-də şəhər icra hakimiyyətinin akt zalında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin VII konfransı keçirilib.
    Konfransda Şəki Şəhər Komitəsinin sədri Qüdrət Babayev təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında hesabat  məruzəsi ilə çıxış edib.
O bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandığından sonra ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar təşkilatlarının işində də xeyli dəyişikliklər baş vermişdir. Bir əsrdən çox tarixə malik olan Azərbaycan həmkarlar ittifaqları bu dövrdə daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur. Bu illərdə həyata keçirilən islahatlar, əldə edilən inkişaf tempi həmkarlar ittifaqının qarşısında ciddi vəzifələr qoymuşdur. Bu vəzifələr vətəndaşların sosial-iqtisadi problemlərinin həlli və əmək hüquqlarının müdafiəsi sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Həmkarlar İttifaqları haqqında” Azəbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanun hər bir həmkarlar ittifaqı üzvünün öz vəzifəsini layiqincə yerinə yetirməsi üçün təşəbbüskar, prinsipial, hüquqi cəhətdən savadlı olmasını bir vəzifə kimi qarşıya qoyur. Bu gün, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası təkmilləşdirilir, fəaliyyəti üçün daha əlverişli şərait yaradılır.
     Konfransda çıxış edən Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, yüz ildən çox yaşı olan Azərbaycan Həmkarlar İttifaqları respublikamız müstəqillik əldə etdikdən  sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yaranmış, bu orqan öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başlamışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsi məqsədilə bir çox  fərman və sərəncamlar imzalamışdır.  Ölkə başçısı həmkarlar təşkilatları sahəsində çalışan işçilərin əməyinə həmişə yüksək qiymət verir, bu sahəyə  xüsusi diqqət göstərir.
     Sonra konfransda Təftiş Komissiyasının hesabatı dinlənilib və təşkilati məsələlər müzakirəyə çıxarılıb.

Keçidlər