Şriftin ölçüsü :

Saytın rəngi :

“Yuxarı Karvansaray”da "İlaxır çərşənbə" münasibətilə bayram tədbiri keçirilmişdir

20 mart 2013 | 16:00

19 mart 2013-cü il tarixdə Şəkidə “Yuxarıbaş” Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “Yuxarı Karvansaray”da "İlaxır çərşənbə" münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
    Bildirilmişdir ki, xalqımızın milli bayramı Novruz yurdumuza qədəm qoymuşdur. Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu qədim el bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəki torpağında da böyük sevgi ilə qeyd olunur.
    Bayram şənliyində şəhər mədəniyyət və turizm şöbəsinin, habelə musiqi və pedaqoji kollecin kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər. İştirakçılar Kosa və Keçəlin məzəli zarafatlarına, Bahar qızın rəqslərinə tamaşa etmişdir.
    Tədbir “Kanal S” Regional Televiziya Şirkətinin  xüsusi çəkiliş qrupu tərəfindən lentə  alınmışdır.

Keçidlər