Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub

10 may 2017 | 05:05

Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Şəkidə müharibə veteranları ilə görüş keçirilib.
Əvvəlcə ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və müharibə veteranları  İkinci Dünya müharibəsində həlak olan şəkililərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
     Bayram süfrəsi arxasında keçirilən görüşdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova  müharibə iştirakçılarını faşizm üzərində Qələbənin ildönümü münasibətilə təbrik edib, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qələbə Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir, müharibə veteranlarına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir.
     İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin əldə edilməsində şəkililərin də xidmətləri olduğu vurğulanıb. Qeyd olunub ki, hazırda Şəkidə 13 nəfər müharibə veteranı var.
   Mərasimdə digər çıxış edənlər Qələbənin ildönümləri münasibətilə hər il ölkə miqyasında keçirilən bayram tədbirlərinin dövlətimizin başçısı tərəfindən müharibə veteranlarına göstərilən diqqət və qayğının təzahürü olduğu diqqətə çatdırmışlar.
Tədbirin sonunda müharibə iştirakçılarına maddi yardım göstərilib.

Keçidlər