Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Kolmar şəhərindən olan müəllimlərlə görüş keçirilib

18 may 2017 | 09:05

     Şəki şəhəri ilə Fransanın Kolmar şəhəri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində ADPU-nun Şəki filialında fransız dili dərslərinin tədrisi ilə məşğul olmaq məqsədilə Kolmar şəhərindən Şəkiyə gələn müəllimlərlə şəhər icra hakimiyyətində görüş keçirilib.
     Qonaqları səmimi salamlayan şəhər icra hakimiyyətinin başçısı cənab Elxan Usubov onlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir.
     Şəkidə yerləşən ali təhsil müəssisəsində fəaliyyət göstərməklərindən məmnun olduqlarını, qədim tarixə malik olan Şəkinin onlarda yüksək təəssürat oyatdığını bildirən fransalı müəllimlər – Staub Michele Andre və Anne Schrueoffenger əsas məqsədlərinin fransız dilinin öyrənilməsinə yardım etməkdən və Fransa mədəniyyətinin tanıtmaqdan ibarət olduğunu vurğulayıblar.
     Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.    Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Keçidlər