Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında yeni tamaşa hazırlanır

23 may 2017 | 03:05

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə yeni səhnə əsərini – türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək. Hazırda tamaşa üzərində məşqlər davam edir. Tamaşaya iyunun sonlarında ictimai baxış keçiriləcək.
Bu barədə teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.
Baş rejissorun quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artıstlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmmədova və başqaları ifa edirlər. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, rəqslərin quruluşu Çingiz Novruzəliyevindir.
Mirbala Səlimli bildirib ki, hazırda teatrın kollektivi Səməd Vurğunun “Vaqif” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə teatrın binasında çıxışlarını davam etdirir. Kollektiv, eyni zamanda, qədim Şərq rəvayətləri əsasında səhnələşdirilən “Kəlilə və Dimnə” tamaşası ilə Şəkinin kəndlərində məktəblilər qarşısında çıxışlar edir. İndiyədək 23 kənddə teatrsevərlər bu səhnə əsəri ilə tanış olmaq imkanı qazanıblar. Teatrın kollektivi yaxın günlərdə bu əsərlə qonşu rayonlara da qastrol səfərlərinə yollanacaq.

Keçidlər