Şəkidə 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib
28 May-Respublika Günü münasibətilə mayın 26-da Şəki şəhərində bayram tədbiri keçirilib.
“Yuxarı Karvansaray”da keçirilən. şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov bildirib ki, Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşmuşdur.
Qeyd olunub ki, Azərbaycan 71 ildən sonra yenidən öz azadlığına qovuşub və ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində ölkəmiz dünya birliyində özünə layiqli yer tutub.
Sonra bayram tədbiri konsert proqramı ilə davam edib.