Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin iki yaşayış məntəqəsinə təbii qaz verilmişdir

20 mart 2013 | 16:00

Novruz bayramı ərəfəsində Şəkinin iki yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə şəhər icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şəkinin Turan qəsəbəsinə təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilmişdir ki, ilkin olaraq 356 abonenti  təbii qazla təmin etmək üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 271 p/metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 356 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün Şəkinin Bideyiz kəndinin qazlaşdırılması münasibətlə də tədbir keçirilmişdir. Bildirilmişdir ki, 159 abonenti olan kəndin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 19 min 659 p/metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri təmir edilmiş, 4 ədəd qaztənzimləyici şkaf və 159 ədəd sayğac quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Cavanşir Feyziyev, ictimaiyyət nümayəndələri sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş,  həmin yaşayış məntəqələrinin təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər