Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə investisiya layihələrinin qəbuluna başlanılır

13 iyun 2017 | 04:06

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəkidə sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, layihələrdə iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı), quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması nəzərdə tutulub.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda işgüzar forum keçirib.

Keçidlər