Harvard Universitetinin müəllim və tələbələri Şəki şəhərində olublar
Azərbaycanda səfərdə olan ABŞ-ın Harvard Universitetinin müəllim və tələbələri iyunun 10-da Şəki şəhərinə gəliblər.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.
Harvard Universitetinin müəllim və tələbələrinin qədim Şəki ilə ilk tanışlığı “Yuxarı Karvansaray” mehmanxana kompleksini ziyarətlə başlayıb. Kompleksin qarşısında qonaqları şəhər rəhbərliiyi səmimiyyətlə qarşılayıb.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki Xan sarayı, həmçinin Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olublar.
Qədim və müasir Şəki ilə tanışlıq qonaqlarda zəngin təəssüratlar yaradıb.
İyunun 11-də Harvard Universitetinin tələbələ- müəllim heyəti Şəkidən yola düşüb.