Şəkidə aztəminatlı ailələrə bayram sovqatı paylanılmışdır
Novruz bayramı münasibətilə martın 19-da Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 200-dən artıq aztəminatlı, imkansız ailəyə müxtəlif çeşiddə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanmışdır.
Bayram sovqatı alanlar əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Bayram ərəfəsində rayonun icra strukturlarının məsul nümayəndələri yerlərdə əhalinin aztəminatlı təbəqələri, o cümlədən şəhid ailə üzvləri, müharibə əlilləri, ahıl, tənha və kimsəsiz vətəndaşlarla, məcburi köçkün ailələri ilə görüşür, onların problemləri ilə maraqlanır, gətirdikləri bayram sovqatı ilə belə ailələri sevindirirlər.