Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə İtaliyalı alimlərin iştirakı ilə ipəkçiliyin inkişaf məsələləri müzakirə olunub

20 iyun 2017 | 09:06

İyunun 19-da Şəki Şəhər İcra Hakimiyyətunin başçısı Elxan Usubov İtaliyanın Milan şəhərində yerləşən Macromolekulların Tədqiqi İnstitutunun Milli Tədqiqat Şurasının əməkdaşları - professor Henriette Molinari, Laura Ragonanı və Milan Universitetinin professoru Angelo Sironi ilə görüşüb. Görüşdə AMEA Biofizika İnstitutunun direktoru - AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov və AMEA Şəki Regional Elmi Mərkəzin direktoru Yusif Şükürlü iştirak edib.
Görüşdə əsas müzakirə olunan məsələ - Azərbaycanda innovativ texnologiyalar əsasında barama və ipəkçillik məhsulları istehsalının həyata keçirilməsində insan resurslarından istifadənin zəruriliyinin nəzərə alınması olub. Qonaqların məlumatlarını dinlədikdən sonra Şəki Şəhər İcra Hakimiyyətunin başçısı Elxan Usubov qeyd edib ki, Azərbaycan ipəkçiliyinin şöhrətini bərpa etmək üçün Şəki Şəhər İcra Hakimiyyəti AMEA Şəki Regional Elmi Mərkəzi ilə sıx əməkdaşlıq edir. İstər tut bağlarının salınması, istərsə də onların becərilməsi prosesində müasir üsullardan istifadə üzrə, həmçinin yerlu iqlim şəraitinə, xəstəliklərə davamlı və məhsuldar tutçuluğun və ipək qurdu cins və hibridlərinin yaradılması istiqamətində seleksiya işləri davam etdirilir və bütün bunlar şəhər icra hakimiyyətinin diqqət mərkəzindədir.
Bildirilib ki, yüksək dirilmə qabiliyyətinə malik barama toxumunun hazırlanmasını, adi və süni yemlə bəslənən tut ipək qurdlarına aqrotexniki qulluğun müasir səviyyədə həyata keçirilməsini təmin etmək, tut ipək qurdunun xəstəliklərinin qarşısını alması, baramanın sənayenin tələbinə üyğun növ, kalibra və cinsə görə ayrılması, yemləmə üçün tövsiyə olunan hər bir tut ipək qurdu cins və hibridlərindən alınmış baramalardan laboratoriya şəraitində  sapın açılması və onun texnoloji göstəricilərinin təyin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bacarıqlı, peşəkar və kreativ düşüncəyə malik kadrların hazırlanmasına ciddi ehtiyac olduğu nəzərə alınaraq, müvafiq təşkilatlara müraciətlər hazırlanır və s.
Görüşün sonunda qonaqlar səmimi qarşılanmalarına və onlara normal iş şəraitinin yaradılmasına görə şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Keçidlər