Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ümumrayon iməciliyi keçirilmişdir

20 mart 2013 | 16:00

Novruz bayramı ərəfəsində martın 19-da  Şəkidə ümumrayon iməciliyi keçirilmişdir. İməcilik zamanı park və xiyabanlarda, prospekt, küçə və bağlarda təmizlik işləri aparılmış, abadlıq və səliqə-sahman tədbirləri görülmüşdür.
     İməcilik zamanı  səkilər, suötürücü arxlar təmizlənmiş, səki daşları ağardılmış, yeni əkilmiş ağac və gül kollarına qulluq göstərilmişdır.
     İməcilikdə ayrı-ayrı kollektivlər, bütün idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhərin bütün prospekt və küçələrində, qəsəbə və kəndlərdə isə yerli sakinlər yaşadıqları ərazilərdə səliqə-sahman işlərinin görülməsində yaxından iştirak etmişlər.

Keçidlər