Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏKİDƏ MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN YUBİLEYİ KEÇİRİLƏCƏKDİR

05 sentyabr 2012 | 15:00

Şəkidə milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə hazırlıq davam etdir. Tədbirin təntənəli açılışı sentyabrın 22-də şəhərin mərkəzində, dahi mütəfəkkirin adını daşıyan kinoteatrın qarşısındakı büstünün önündə keçiriləcəkdir. Tədbir çərçivəsində böyük dramaturqun Şəki şəhərindəki əsaslı təmir-bərpa olunmuş ev muzeyinin açılışı olacaqdır.

Tədbir çərçivəsində böyük dramaturqun Şəki şəhərindəki əsaslı təmir-bərpa olunmuş ev muzeyinin açılışı olacaqdır. Yubiley tədbirləri daha sonra Mirzə Fətəli Axundzadənin adını daşıyan, əsaslı təmir və yenidənqurmadan sonra görkəmini tamamilə dəyişən mədəniyyət və istirahət parkında davam etdiriləcəkdir. Parkda kitab sərgisi təşkil olunacaq, respublikanın müxtəlif teatr kollektivlərinin dahi dramaturqun əsərləri əsasında hazırladıqları tamaşalardan parçalar oynanılacaqdır. Axşam saatlarınadək davam edəcək yubiley tədbiri bədii proqramla başa çatacaqdır.

Yubiley tədbirləri çərçivəsində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin yaradıcılığına həsr olunmuş elmi simpoziumun keçirilməsi də nəzərdə tutulmuşdur.

Yubiley tədbirlərində respublikamızın tanınmış elm və mədəniyyət xadimlərinin, ziyalıların, xarici ölkələrdən dəvət olunmuş qonaqların, teatr və bədii kollektivlərin iştirakı gözlənilir.

Xəbəri sosiyal şəbəkələrdə paylaşın.

Keçidlər