Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Növruz bayramı münasibətilə möhtəşəm bayram konserti

22 mart 2013 | 16:00

Şəkidə Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Bayramı ərəfəsində  ümumrayon iməciliyi təşkil edilmiş, Şəki Dövlət Rəsm Qalereyasında  bayrama həsr olunmuş rəsm sərgisi açılmış, “Yuxarı Karvansaray”da "İlaxır çərşənbə" münasibətilə bayram tədbiri keçirilmişdir. Şəki şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə aztəminatlı, imkansız  ailələrə müxtəlif çeşiddə ərzaq məhsullarından ibarət bayram sovqatı paylanmışdır. Bayram ərəfəsində rayonun icra strukturlarının məsul nümayəndələri qarışıq tipli uşaq evi və internat məktəbində keçirilən bayram şənliklərində də iştirak etmiş, gətirdikləri bayram sovqatı ilə uşaqları sevindirmişlər. Martın 21-də isə şəhərin mərkəzi meydanında respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təşkil edilmişdir. Konsertdə  minlərlə şəhər sakini iştirak etmişdir.

Keçidlər