Şəki teatrında danimarkalı yazıçının əsəri səhnələşdirilir
12 iyul 2017 | 03:07
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında danimarkalı yazıçı, məşhur nağılçı Hans Xristian Andersenin “Kralın təzə libası” nağılı əsasında eyniadlı tamaşa səhnələşdirilir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı isə Nicat Məmmədovdur.Bu barədə AZƏRTAC-a teatrın direktoru Hikmət Nəbili məlumat verib.Direktor bildirib ki, artıq yeni tamaşanın rol bölgüsü də aparılıb. Səhnə əsəri bu ilin sentyabrında teatrsevərlərə təqdim olunacaq. Teatrın kollektivi bu tamaşanı qonşu rayonlarda da nümayiş etdirməyi planlaşdırır.
Hikmət Nəbilinin dediyinə görə, Şəki teatrı oktyabrın əvvəlində Qazaxıstanın Aktau şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalına da dəvət alıb. Yaradıcı kollektiv bu festivalda türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə çıxış edəcək. Hazırda tamaşa üzərində son məşqlər gedir. Tamaşaya yaxın günlərdə ictimai baxış keçiriləcək.