Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü qeyd olunub

15 iyul 2017 | 08:07

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə iyulun 14-də Şəki şəhərindəki Heydər Əliyev Mərəzində toplantı keçirilib.
Şəhər rəhbərliyinin, ziyalıların iştirak etdiyi tədbiri şəhər icra hakimiyyəti başçısı Elxan Usubov açaraq müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və çoxsahəli fəaliyyətinə qısa nəzər salıb. Bildirilib ki, iyulun 14-də XX əsrdə xalqımızın bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü tamam olur. Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifəsini təşkil edir. Həmin illərdə respublikamızın hər yerində olduğu ki, Şəkidə də böyük quruculuq işləri görülüb, onlarla sosial-mədəni obyekt, məktəblər inşa edilib, körpü və yollar tikilib istifadəyə verilib.Tədbirdə cıxış edənlər - şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov xalqımızın müdrik və əvəzsiz lideri olan ulu öndər Heydər Əliyevin adı müstəqil Azərbaycan dövləti durduqca əbədi yaşayacağını vurğulamışdılar.

Keçidlər