Şəkidə növbəti qanvermə aksiyası keçirilmişdir
26 iyul 2017 | 09:07
İyulun 25-də Respublika Qan Bankının Şəki bölməsində növbəti qanvermə aksiyası keçirilib.
Aksiyada şəhərimizdə fəaliyyət göstərən müəssisə və təşkilat kollektivləri iştirak etmişdir. Aksiya zamanı 200 nəfərdən qan götürülərək talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi məqsədilə Mərkəzi Qan Bankına təhvil verilmişdir.