Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun "Gənc İlhamçılar"ının Şəki şəhərində təşkil olunmuş yay düşərgəsi başa çatmışdır

02 avqust 2017 | 07:08

Məlum olduğu kimi, iyul ayının 24-dən 31-dək olan müddətdə Şəkinin "Cənnət bağı" adlanan istirahət məkanında Bakı şəhəri Nəsimi rayonunun məktəblilərindən ibarət  “Gənc İlhamçılar”ın yay istirahət düşərgəsi təşkil olunmuşdur. “Gənc İlhamçılar”ın yay düşərgəsi Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi əsasında həyata keçirilmişdir. Düşərgə iştirakçıları bir həftə ərzində Şəkinin gəzməli –görməli yerləri, tarixi abidələri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
İyul ayının 31-də Şəkidə təşkil olunmuş “Gənc İlhamçılar”ın yay düşərgəsi başa çatmışdır. Bu münasibətlə keçirilən mərasimdə musiqiçilərin ifasında müxtəlif cür rəqslər və vətənpərvər ruhda mahnılar ifa edilmişdir. Balaca müsiqiçilərin də bir-birindən maraqlı milli və xarici rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Tədbirin sonunda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gələcəkdə bu cür düşərgələrin davamlı olacağını bildirmiş, istirahət müddətində keçirilmiş yarışların qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim etmişdilər.

Keçidlər