Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Qurban bayramı münasibəti ilə xeyriyyə tədbirləri təşkil olunmuşdur

03 sentyabr 2017 | 04:09

İslam dünyasının ən əziz bayramlarından olan Qurban bayramı hər il Şəkidə də geniş qeyd olunur. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən qurbanlar kəsilir, Şəki şəhərində, rayonun qəsəbə və kəndlərində yaşayan imkansız ailələrə paylanır.
   Qurban bayramı münasibətilə  sentyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun birgə təşkilatçılığı ilə "Aytac" şadlıq sarayında aztəminatlı ailələrin üzvləri üçün bayram süfrəsi açılıb.
  Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçisi Mayis Səlimov açıb. Bildirilib ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir, hər il dünya müsəlmanları tərəfindən qeyd edilir.
  Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova iştirakçıları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb. O, Şəki şəhərində əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb, aztəminatlı ailələrə göstərilən dəstəyə görə Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun rəhbərliyinə öz minnətdarlığını bildirib.
  Tədbirdə çıxış edən Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova fondun fəaliyyəti haqqında məlumat verib, tədbirlə bağlı təşkilatçılıq işlərinə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısınına təşəkkür edib, bu cür layihələrin Şəki şəhərində davam edəcəyini bildirib.
   Aztəminatlı ailələrin üzvləri onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildirib, xalqımıza sevinc dolu günlər arzulamışlar.
   Sonra tədbir musiqi proqramı ilə davam etdirilib. Sonda tədbir iştirakçılarına bayram sovqatı paylanılıb.

Keçidlər