Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Hüquqi yardım almaq hüququ: Mövcud vəziyyət və problemlər” mövzusunda ictimai müzakirə keçirilmişdir

29 mart 2013 | 16:00

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası və tərəfdaşları tərəfindən həyata keçirilən “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi çərçivəsində martın 28-də Şəki şəhərində “Hüquqi yardım almaq hüququ: Mövcud vəziyyət və problemlər” mövzusunda ictimai müzakirə keçirilmişdir.
   Tədbirdə vəkillər, dövlət və yerli özünüidarə orqanlarının hüquqşünasları, məhkəmələrin, hüquq mühafizə orqanlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun yerli strukturlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər.
   Tədbirdə bildirilmişdir ki, ictimai müzakirənin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, habelə İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində qeyd olunmuş hüquqların ədalətli məhkəmə tərəfindən müdafiəsinin təmin edilməsi vəziyyətinin öyrənilməsi və mövcud problemləri müzakirə etməkdir. Müzakirə zamanı səslənən rəy və təkliflər əsasında hazırlanacaq tövsiyələr müvafiq qurumlara təqdim ediləcəkdir.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.

Keçidlər