Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

20 sentyabr 2017 | 08:09

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən etibarən sentyabrın 18-nin - Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu günün ölkəmizdə Milli Musiqi Günü kimi geniş qeyd edilməsi dahi bəstəkarın irsinə, yaradıcılığına, şəxsiyyətinə olan hörmət və ehtiramın bariz nümunəsidir.
     Bu fikir dahi bəstəkar, musiqişünas, alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü və Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Şəki Dövlət Regional Kollecində keçirilən tədbirdə səsləndirilib.
      Konsertdən əvvəl kollecin direktoru Sərdar Şərifov dahi bəstəkarın həyat və yaradıcılığı, zəngin irsi, Azərbaycan musiqi tarixində oynadığı rol, dünya musiqisinə gətirdiyi yeniliklər barədə danışıb. Bildirilib ki, müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yenilikləri məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkar, eyni zamanda, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri olub. Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin yaradıcılığına həmişə yüksək qiymət verib, bəstəkarın zəngin irsinin öyrənilməsinə daim xüsusi diqqət göstərib.
    Sonra kollecin xor, xalq çalğı alətləri orkestri və kamera ansamblı musiqisevərlər qarşısında dahi bəstəkarın əsərləri əsasında hazırlanmış maraqlı konsert proqramı ilə çıxış edib.

Keçidlər