Şriftin ölçüsü :

Saytın rəngi :

Mirzə Fətəli Axundzadənin anadan olmasının 205 illik yubileyi münasibətilə Şəkidə tədbir keçirilib

20 sentyabr 2017 | 09:09

      Sentyabrın 19-da  böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 205 illik yubileyi ilə əlaqədar “Milli dramaturgiyanın banisi” adlı tədbir keçirilib.
      M.F.Axundzadənin ev muzeyində keçirilən tədbirin iştirakçıları əvvəlcə onun büstünün qarşısına gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər, sonra muzeylə tanış olublar.
      Tədbiri giriş sözü ilə Şəki MKS-nin direktoru Seyid Vahabov açıb. Sonra ADPU-nun Şəki filialının müəllimi Kamil Adışırinov M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
      Qeyd olunub ki, Azərbaycan, bütövlükdə Yaxın və Orta Şərq ədəbiyyatının inkişafında özünəməxsus rol oynayan M.F.Axundzadə bütün ömrü boyu humanist ideyaların carçısı olmuş, şərəfli həyat yolu keçmişdir. 1812-ci ildə Şəkidə anadan olan böyük mütəfəkkirin ədəbi yaradıcılığı onu öz dövründə və sonralar məşhurlaşdırmış, zəngin və coxşaxəli irsi Azərbaycan ədəbiyyatının gələcək inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdir.
      Diqqətə çatdırılıb ki, M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Sərəncamına əsasən 22 sentyabr 2012-ci il tarixdə Şəkidə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş geniş bayram tədbiri keçirilib.
      Tədbirdə şair Şahid Məmmədkərimov M.F.Axundzadənin komediyalarından, gənc şair Zaur İlhamoğlu isə onun şeir yaradıcılığından bəhs ediblər.

Keçidlər