Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib

22 sentyabr 2017 | 09:09

       Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 21-də Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
general-leytenant Arzu Rəhimov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Xidmətin Şəki rayon şöbəsində keçirilən qəbulda 30-dək vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi, gələcək xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı olub.
Arzu Rəhimov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, onlara qanunvericiliyin tələbləri izah edilib. Qəbul zamanı irəli sürülən məsələlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırılmadan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər