Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK-nın Şəki regional bölməsində imtahan rəhbərləri üçün seminar-məşğələ keçirilmişdir

03 aprel 2013 | 15:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsində komissiya tərəfindən ümumtəhsil məktəblərində keçiriləcək sınaq və buraxılış imtahanlarında imtahan rəhbəri kimi iştirak edəcək əməkdaşlar üçün seminar-məşğələ keçirilmişdir.
    Seminarın əsas məqsədi imtahan rəhbərlərini sınaq və buraxılış imtahanlarının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. 13 nəfərdən ibarət dinləyicilər qrupu Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimləri, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçiləri, habelə şəhər gənclər və idman idarəsinin mütəxəssisləri arasından seçilmişdir.
    Seminar regional bölmənin əməkdaşları tərəfindən aparılmışdır.

Keçidlər