Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 65 min hektardan çox sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır

11 oktyabr 2017 | 08:10

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq taxıl səpininə start verilib. Kampaniyanın ilk günləri Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdə 130 hektar sahəyə arpa toxumu səpilib. Ümumiyyətlə, rayonda gələn ilin məhsulu üçün 65,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Payızlıqların səpini üçün 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. İndiyədək təsərrüfatlarda 23 min hektardan çox sahədə şum aparılıb və bu iş sürətlə davam etdirilir.
Xatırladaq ki, Şəki taxılçıları ötən mövsüm 66 min 634 hektar sahədən 214 min tondan çox məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 21 min 568 ton artıb.

Keçidlər