Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Şəki şəhərində vətəndaşları qəbul edib

14 oktyabr 2017 | 07:10

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Oktyabrın 13-də DGK-nın sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Şəki şəhərindəki Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl DGK-nın sədri Aydın Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda bölgədə yerləşən - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK-nın sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər