Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

07 aprel 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində aprelin 6-da Şəkidə növbəti ağacəkmə aksiyası keçirilmişdir.
Şəkililər ekoloji mühitin sağlamlaşmasına yönələn bu xeyirxah aksiyada olduqca fəal iştirak etmişlər. Aksiya çərçivəsində əsaslı təmir və yenidənqurma işləri davam etdirilən Şəki-Qax magistral avtomobil yolunun Qoxmuq və İnçə kəndləri ərazisindən keçən hissəsində yolun hər iki tərəfində 5 min ədəd qoz, akasiya, palıd, cökə, sərv və digər növ ağac tingləri əkilmiş, ərazi kol-kosdan, daş-kəsəkdən təmizlənmişdir. Yeni əkilmiş ağac tingləri suvarılmışdır.
Şəhər rəhbərliyinin də qatıldığı iməcilikdə iki min nəfərdən artıq yerli sakin, ayrı-ayrı müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Ümumiyyətlə, yaz mövsümünün gəlişi ilə əlaqədar rayonda keçirilən yaşıllaşdırma tədbirlərində indiyədək magistral avtomobil yollarının kənarlarında, eləcə də Şəki şəhərində, qəsəbə və kəndlərdə 40 minə yaxın ağac əkilmişdir.
Cari ilin sonunadək rayon ərazisində 90 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər