Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir təşkil olunub

02 noyabr 2017 | 07:11

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Daşüz kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Dövlət Komitəsinin əməkdaşları Namiq Talıbov, Taleh Abdullayev, Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, məktəbin direktoru Anjelixa Hüseynova, müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəki ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov çıxışında dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan danışıb. Son illərdə dövlət tərəfindən çoxsaylı dini abidələrin və ibadət ocaqlarının inşa və ya təmir edilərək dindarların ixtiyarına verildiyini bildirən S.Yusifov Dövlət Komitəsinin dini radikalizmə qarşı keçiridiyi profilaktik maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunub.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev qeyri-ənənəvi dini cərəyanlar, dini radikal və ekstremist qruplar haqqında məlumat verib. Bildirib ki, dini radikal ideyaların yayılması və təbliğinin qarşısını almaq üçün ilk novbədə dini maarifləndirməyə böyük önəm verilməlidir. O, bu istiqamətdə bölgələrdə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin müsbət nəticələr verdiyini vurğulayıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Azərbaycandakı dövlət-din münasibətlərindən danışıb, bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradıldığını bildirib. Dini radikal və ekstremist qrupların təbliğat və yayılma metodlarına diqqət çəkən şöbə müdiri dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərin təbliğinin rolunun böyük olduğunu deyib. O, eyni zamanda məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən və bu həmrəyliyə nail olma yollarından da bəhs edib.
Daşüz kənd tam orta məktəbinin direktoru Anjelixa Hüseynova tədbirin keçirilməsinə görə Dövlət Komitəsi və Şəki ŞİH-ə minnətdarlığını bildirib, maarifləndirmə tədbirlərinin xüsusilə gənclərin dini radikalizm və ekstremizmə qarşı maariflənməsində önəmli rola malik olduğunu bildirib.
Daha sonra DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər