Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiya iştirakçısı: Arzum budur ki, tezliklə doğma Qarabağımızın dilbər guşələrinə də ekskursiyaya gedək

14 noyabr 2017 | 02:11

“Ölkəmizi tanıyaq” layihəsi sayəsində Vətənimizin dilbər guşələrini gəzib-dolanmaq imkanı əldə etmişik. Biz Xocavənd məktəbliləri də bu fürsətdən yararlanaraq şimal-qərb bölgəmizin tarixi məkanları ilə yaxından tanış oluruq. Arzum budur ki, işğal altındakı ərazilərimiz tezliklə düşməndən azad olunsun, doğma Qarabağımızın dilbər guşələrinə də ekskursiyaya gedək.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Xocavənd rayonu Muğanlı kənd 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Ramiz Əliyev Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Tur-aksiya iştirakçısı gənclərin hərtərəfli yetişməsində, dünyagörüşlərinin zənginləşməsində belə layihələrin əhəmiyyətini yüksək qiymətləndirib, yaradılan şəraitə görə gənclər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Keçidlər