Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir məktəblisi: Şəki xanlarının sarayı möhtəşəmliyi ilə seçilir

14 noyabr 2017 | 10:11

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Kürdəmir rayonunun məktəblilərindən ibarət qrupun tərkibində respublikamızın şimal-qərb bölgəsinə ekskursiya edən Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məhəmməd İsmayılov səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Məktəbli deyib: “Maarifləndirici tur-aksiya bizə imkan verdi ki, ölkəmizin tarixi yerlərini gəzək, Vətənimizi daha yaxından tanıyaq. Bu bölgədəki bir çox abidələr, muzeylərdəki qədim eksponatlar barədə yalnız tarix kitablarından oxuyub, televiziya ekranlarından izləmişdik. İndi isə bütün bunları canlı seyr etdik. Qəbələnin, Şəkinin tarixi irsi qorunmaqla yanaşı, müasirliyinə də ciddi fikir verilir. Bu şəhərlərdə yenilik, müasirlik, dəyişikliklər gördük. Həqiqətən də, bütün rayonlarımız çox sürətlə inkişaf edir. Şəkidəki Xan sarayına gəldikdə isə, demək istəyirəm ki, bu saray möhtəşəmliyi ilə bütün abidələrdən seçilir”.

Keçidlər