Şəkidə “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib
Noyabrın 14-də Şəki şəhər 5 №-li tam orta məktəbin iclas zalında “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbiri məktəbin direktoru Filyar İbrahimova açıb.
Sonra Şəki Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Mayis Səlimov, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin rəhbəri Nadir Məlikov və hüquqşünas Natiq Salamov uşaq hüquqları ilə bağlı çıxış ediblər.
Tədbirdə şagirdlərə uşaq hüquqlarının qorunması və təşviqi sahəsində respublikamızda həyata keçirilmiş mühüm tədbirlər haqqında geniş məlumatlar verilib.