Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasına Şəkidən qoşulacaq iştirakçıların yola salınması münasibətilə təntənəli tədbir keçirilmişdir

16 noyabr 2017 | 10:11

Noyabrın 15-də “Ölkəmizi tanıyaq” tur aksiyasına Şəkidən qoşulacaq iştirakçıların yola salınması münasibətilə təntənəli tədbir keçirilmişdir.
      Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak etmişdir.
       Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin şagirdlərinin iştirakı ilə  keçirilən “Ölkəmizi tanıyaq” devizi altında növbəti maarifləndirici tur-aksiyalara start verilib. Bu dəfə keçirilən aksiya 8-cidir. 4 il ərzində 7 tur-aksiya təşkil edilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəbli iştirak etmişdir. Növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirak edir, bununla da, iştirakçıların sayı 17 minə çatır.
     Bildirilib ki, tur-aksiyanın birinci mərhələsi artıq başa çatıb. 11-14 noyabr tarixlərində keçirilən bu mərhələdə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 11 rayonun 403 şagirdi Şəki şəhərində olmuş, şəhərimizin görməli yerləri, tarixi-memarlıq abidələri, aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oldular. İkinci mərhələ 16-19 noyabr tarixlərində keçiriləcəkdir. Bu mərhələdə Şəki şəhərinə respublikamızın 10 rayonundan olan 500 məktəbli səfər edəcəkdir. Sabah, isə Şəki şəhərindən olan 45 nəfər məktəbli Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya qoşulacaqlar.
       Tədbirdə Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərindən, Prezident cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafından, həyata bəhs olunub, Şəki şəhərində son illər görülmüş işlər barədə məlumat verilib.
       Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova tur-aksiyanın mahiyyəti, onun gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində rolu barədə danışıb.
       Daha sonra şəhər ziyalıları adından Nuralı Çələbiyev, valideyn Güldanə Rəhimova çıxış edərək şagirdlərə yaradılan şəraitə görə ölkə başçısna minnətdarlıqlarını ifadə ediblər.
       Tədbirə yekun vuran şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov məktəblilərə xoş arzularını bildirib və yaxşı yol arzulayıb.

Keçidlər