Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə gənclər üçün sosial şəbəkələrdən istifadə məsələlərinə həsr olunmuş təlim keçirilmişdir

07 aprel 2013 | 15:00

Şəki şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində gənclər üçün sosial şəbəkələrdən istifadəyə dair növbəti təlim keçirilmişdir.
   Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilən təlimdə filialın 30-a yaxın tələbəsi iştirak etmişdir.
  Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat vermişdir. Bildirmişdir ki, layihə region gənclərinin şəbəkələşməsi, gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması məqsədi daşıyır.
  Məlumat verilmişdir ki, layihə çərçivəsində ölkənin 40-a yaxın şəhər və rayonunda belə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Artıq Gəncə, Lənkəran, Biləsuvar və daha bir neçə rayonda təlimlər keçirilmişdir.
   Təlimdə iştirakçılara sosial şəbəkələr (Facebook, Twitter, Youtube, blog) haqqında nəzəri və praktiki məlumatlar verilmiş, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
   Təlimləri Regional Debat Mərkəzinin multiplayerləri Könül Kərimova və Dəyanət Elmansoy aparmışlar.
   Təlimin yekunlarına görə, ən fəal iştirakçı yay tətili günlərində sosial şəbəkələr üzrə təşkil olunacaq yay istirahət düşərgəsinə dəvət alacaqdır.

Keçidlər