Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin şimal bölgəsi ilə tanışlıq Şəki məktəblilərində böyük maraq doğurub

22 noyabr 2017 | 03:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəbliləri 16-19 noyabr 2017-ci il tarixlərdə Quba-Qusar-Xaçmaz marşrutu üzrə hərəkət edib, bölgənin görməli yerləri, tarixi-memarlıq abidələri, aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olublar.
Aksiya iştirakçılarına Quba-Qusar-Xaçmaz bölgəsində son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizmin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.
Məktəblilər Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olublar. Şagirdlərə bildirilib ki, Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyub.
Aksiya iştirakçılarına məlumat verilib ki, Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün  də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində  mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəziblər. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olub. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub.
Şəki məktəbliləri  tur-aksiyadan xoş təəsüratlarla qayıdıblar.

Keçidlər