Şriftin ölçüsü :

Saytın rəngi :

Özünüməşğulluq proqramı çərçivəsində Şəkidə 23 ailə aktiv əmək bazarına cəlb olunub

25 noyabr 2017 | 09:11

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin ötən dövründə Şəki rayonunda 23 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini qurmaq üçün 107 min 150 manat dəyərində zəruri mal və materiallar paylanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Salamov məlumat verib.
Direktorun bildirdiyinə görə, araşdırma yolu ilə 38 ailə arasından seçilən bu ailələrin əməkqabiliyyətli üzvləri heyvandarlıq, sənətkarlıq və xidmət sahələri üzrə aktiv əmək bazarına cəlb olunaraq, özünüməşğulluq imkanlarına yiyələniblər. Proqram çərçivəsində 18 ailə heyvandarlıq, 2 ailə şəbəkə sənəti, 2 ailə kompüter təmiri, 1 ailə isə xidmət sahəsində öz kiçik biznes təsərrüfatlarını yaradıblar.
Mərkəzin direktoru əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Keçidlər