Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə damazlıq işinin təşkilinə diqqət artmışdır

08 aprel 2013 | 15:00

Şəki rayonunun heyvandarlıq təsərrüfatlarında son illər damazlıq işinin təşkilinə diqqət xeyli artmışdır.
   Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasında süni mayalanma tədbirləri mühüm rol oynayır. Rayonda mal-qara arasında süni mayalanma tədbirlərinin aparılmasına 2004-cü ildən başlanmışdır. Bu illər ərzində 14 min 243 baş heyvan süni yolla mayalandırılmış və 7 min başa yaxın cins bala əldə edilmişdir. Təkcə cari ilin ötən 3 ayı ərzində süni yolla mayalanmış 717 baş inək, camış və düyədən 467 baş sağlam bala alınmışdır.
   Hazırda rayon ərazisində bütün yaşayış məntəqələrini əhatə edən 10 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə çalışan texniklər minik və zəruri texniki avadanlıqla təchiz olunmuşlar. Həyata keçirilmiş tədbirlər müsbət nəticələr verir.
   Ötən ildə rayonda ət istehsalı əvvəlki illə müqayisədə 24 faiz, süd istehsalı isə 8 faiz artmışdır.

Keçidlər