Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Türkiyənin Antalya şəhərində BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi tərəfindən keçirilən beynəlxalq forumda iştirak edir
Noyabrın 27-də Türkiyənin Antalya şəhərində BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi tərəfindən və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə keçirilən “Qlobal Cənub-Cənub İnkişafı EXPO 2017” adlı beynəlxalq forumun açılışı olub.
“İqtisadi, Sosial və Ətraf Mühit Transformasiyası dövründə Cənub-Cənub Əməkdaşlığı: Buenos Ayres Hərəkat Planının qəbulunun 40-cı ildönümü (BAPA-40)” mövzusunda keçirilən tədbirdə 120 ölkədən 850 nümayəndə iştirak edir.
Forumun açılışında BMT-nin Cənub-Cənub ofisinin direktoru Jorge Çediek, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Şurasının baş katibi Ramil Həsənov çıxış ediblər.
Qeyd edək ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçsı Elxan Usubov da iştirak edir.
Dörd gün davam edəcək tədbir iştirakçı tərəflərə inkişaf üçün həll yollarının nümayiş olunması, qarşılıqlı əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin aparılması üçün çox geniş imkanlar yaradır.