Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar Şəki şəhərində anım tədbiri keçirilib

12 dekabr 2017 | 03:12

İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan,  böyük vətəndaş kimi qalmışdır. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan  milli inkişaf strategiyasının müəllifidir. Bu gün ölkəmizin əldə etdiyi bir çox uğurları var. Bütün bunlar isə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə  yaşayır.
    Bu fikirlər Ulu Öndərin vəfatının on dördüncü ildönümü ilə əlaqədar Şəki şəhərində keçirilən anım tədbirində səsləndirilib.
     İctimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə keçirilən toplantıda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ümummilli Liderin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb.
Bildirilib ki, Heydər Əliyevin şəxsiyyət kimi ən mühüm keyfiyyəti güclü iradə, prinsipiallıq və böyük inam sahibi olması idi. Hələ öz sağlığında dünya siyasətçiləri Heydər Əliyev şəxsiyyətinə çox böyük qiymət vermiş, onu dünyanın ən nəhəng siyasət adamı adlandırmışdılar. 
    Vurğulanıb ki, cənab Prezidentimiz İlham Əliyev bu gün böyük inam və bacarıqla ulu öndərimizin siyasi kursunu ləyaqətlə davam etdirir. Son illərdə imzalanmış  fərman və sərəncamlar, qəbul edilmiş qərarlar, görülən nəhəng işlər ölkəmizin dinamik yüksəlişini təmin etmiş, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir.
     Sonra tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyatı yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
    Tədbir Ulu Öndərə həsr olunan musiqili-bədii proqramla başa çatıb.

Keçidlər