Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Göynük kəndi qazlaşdırılmışdır

29 dekabr 2017 | 07:12

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bildirilib ki, respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Şəki rayonunun Baş Göynük kəndinə ilk dəfə təbii qazın verilməsi yaşayış məntəqəsinin sakinlərinin böyük sevincinə səbəb olub.
1343 abonenti olan Baş Göynük kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 min 825 metr müxtəlif diametrli polietilen, ümumi uzunluğu 62 min 658 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Şəkinin Kiçik Dəhnə kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikinti işləri başa çatdırılaraq bu kəndə də təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər